
Naxçıvan Nuxtar Respublikasının Daxili İşlər naziri Süleyman Nemətova general-mayor rütbəsi verilib.
Gununsesi.info xəbər verir ki, S.Nemətova ali hərbi rütbənin verilməsi barədə Prezident sərəncamı elan olunmasa da, nazir bugünkü tədbirlərdən birinə general uniformasında qatılıb.

Xatırladaq ki, polkovnik S.Nemətov Naxçıvandakı böyük dəyişikliklərdən sonra ötən ilin dekabr ayında Muxtar Respublikanın DİN naziri postuna təyin olunmuşdu. Bunadək o, Bakının Suraxanı rayonunun polis rəisi vəzifəsində işləyirdi.
Qeyd edək ki, Süleyman Nemətov Azərbaycanda heç də yaxşı olmayan imici ilə seçilir. Belə ki, o kütləvi aksiyalarda qadınlara və yaşlı insalara qarşı zorakılığı və təhqirləri ilə tanınıb.