Süleyman Soylunun səhhətində problem yaranıb

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun səhhətində problem yaranıb.

Gununsesi.info “CNN Türk”ə istinadən xəbər verir ki, buna səbəb bir müddətdir bel nahiyəsindəki narahatlıqdan əziyyət çəkən nazirin ağrılarının şiddətlənməsidir.

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra fəlakət bölgəsində işləri koordinasiya edən nazirin uzun müddətdir bel ağrısından əziyyət çəkdiyi və son vaxtlar ağrılarının artdığı bildirilib.

Soylunun xəstəliyinin şiddətlənməsi ilə əlaqədar müalicə olunacağı və bir müddət istirahət edəcəyi vurğulanıb.

 

Gununsesi.info