“Süleymaninin öldürülməsi qanunsuzdur” - BMT məruzəçisi

  • By admin
  • 08 İyul 2020 20:03

BMT-nin iranlı general Qasım Süleymaninin öldürülməsi hadisəsini araşdırmaq vəzifəsini tapşırdığı qurumun xüsusi məruzəçisi Aqnes Kallamard ABŞ-ın dron vasitəsilə törətdiyi hadisəni qanunsuz adlandırıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “Hürriyet” yazıb.

Hazırlanan 39 səhifəlik hesabatda Qasım Süleymaninin beynəlxalq hüququn pozularaq öldürüldüyü ifadə edilib.

 

 

Gununsesi.org