Süleymaninin yerinə təyin olunan general öldürüldü -FOTO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general İsmayıl Qaaninin Suriyada öldürüldüyü barədə məlumatlar yayılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. İddialara görə, general İsrailin hava hücumları nəticəsində həlak olub. İran tərəfi hələlik iddialara münasibət bildirməyib.

HTML tutorial

Qeyd edək ki, İsmayıl Qaani İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin keçmiş rəhbəri general Qasım Süleymaninin öldürülməsindən sonra onun yerinə təyin olunub.

Gununsesi.info