Sülhə doğru irəliləmək üçün real və cəsarətli addımlar atıldığını görürük - BLİNKEN AZƏRBAYCAN ERMƏNİSTAN XİN RƏHBƏRLƏRİNİN GÖRÜŞÜ BARƏDƏ BƏYANAT YAYDI

  • By admin
  • 08 Noyabr 2022 09:30

ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin müzakirələri ilə bağlı bəyanat verib.

Gununsesi.info-nun ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, Blinken Azərbaycan və ermənistanın sülhə doğru “cəsarətli addımlar” atmasını alqışlayıb: “İki ölkənin keçmişi arxada qoymaq və davamlı sülhə doğru irəliləmək üçün real və cəsarətli addımlar atdığını görürük. Danışıqlar daha öncə Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsindəki müzakirələrin, eləcə də Ermənistan, Azərbaycan və ABŞ rəsmilərinin digər söhbətlərinin davamı olacaq. Birləşmiş Ştatlar həm Ermənistanın, həm də Azərbaycanın dostu olaraq bu səylərdə sizi dəstəkləmək üçün əlindən gələni etməyə sadiqdir”.

HTML tutorial

Blinken Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla Ağ evdən aralı dövlət qonaq evi olan Blair House-da görüşüb.

 

Günay

Gununsesi.info