Sülh danışıqları təxirə salsın -NATO

NATO-nun baş katibi Mark Rutte Ukraynanı mövqeyini gücləndirmək üçün qərb müttəfiqlərindən kifayət qədər hərbi yardım alana qədər Rusiya ilə istənilən sülh danışıqlarını təxirə salmağa çağırıb.

 Gununsesi.info  xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Rutte bildirib ki, danışıqlara nə vaxt başlamağa hazır olduğuna Kiyev özü qərar verməlidir: “Sülh prosesini addım-addım müzakirə etməyək. Əmin olun ki, sülh danışıqları başlayanda Ukraynn güclü mövqe tutması üçün lazım olan hər şeyə sahibdir.”

Nəşrin məlumatına görə NATO-nun baş katibi bu bəyanatı Ukrayna Prezidenti Vladimir Zelenskinin bu yaxınlarda sülh sazişi ilə bağlı mövqeyini dəyişməsi fonunda verib.

Sky News-a müsahibəsində Zelenski qeyd edib ki, Kiyevin nəzarətində olan ərazi NATO-nun himayəsi altında qəbul edilərsə, torpaqlar geri qaytarılmadan atəşkəs razılaşması əldə edilə bilər.

Onun fikrincə, Kiyev bundan sonra Rusiyanın nəzarətinə keçən əraziləri “diplomatik yolla” geri qaytara biləcək.

Qeyd edək ki, Ukrayna ölkənin NATO-ya üzvlüyünü əvəz edəcək hər hansı alternativ qəbul etməyəcəyini bəyan etmişdir.

 

 

Şəbnəm

Gununsesi.info