Sülh müqaviləsi ilin sonuna kimi imzalanmalıdır -Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin ilin sonuna qədər imzalanacağını bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.

HTML tutorial

Nəşr qeyd edir ki, dünən Paşinyan hakim partiyasının deputatları ilə qapalı görüş keçirib.

“Görüşdə qarşıdakı dövrdə keçiriləcək yerli idarəetmə seçkiləri, partiyanın qurultayı müzakirə olunub. Görüşün sonunda Nikol Paşinyan Azərbaycan prezidenti ilə Brüsseldə keçirilən görüşün təfərrütları haqda məlumat verib. Bildirib ki, bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır”, – nəşr yazır.

Gununsesi.info