Sülh müqaviləsi hansı şəhərdə imzalanacaq? – Ermənistan rəsmisindən AÇIQLAMA

  • By admin
  • 09 May 2023 12:38

Rusiyanın İrəvandakı səfiri Sergey Kopirkin Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşüb-görüşməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Gununsesi.info xəbər verir ki, o, erməni jurnalistlərə açıqlamasında Ermənistan və Azərbaycan rəhbərlərinin tezliklə Moskvada görüşəcəyinə ümid etdiyini bildirib.

Rusiyalı diplomat əlavə edib ki, görüşün tarixi ilə bağlı müvafiq məlumat veriləcək.

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan isə deyib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel artıq növbəti görüşün Brüsseldə keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, görüşlər daha sonra Moskvada üçtərəfli formatda davam edəcək. Nazir müavini üçtərəfli formatın tərkibini açıqlamayıb.

Xatırladaq ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Təşkilat İlham Əliyev və Paşinyanın iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə görüş keçirəcəyini açıqlayıb.

Gununsesi.info