“Sülh müqaviləsində Qarabağın adı çəkilməyə bilər” -Paşinyan

  • By admin
  • 30 Sentyabr 2022 21:47

“Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsində Qarabağın adı çəkilməyə bilər – onun məsələsi ayrıca qaydada həll olunsun”.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

O bildirib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır və Qarabağ məsələsində Qarabağ xalqı öz seçdikləri nümayəndələri vasitəsilə danışıqların əsas predmetinə çevrilməlidir.

O əlavə edib ki, İrəvan və Xankəndi danışıqlar prosesi ilə bağlı daim fikir mübadiləsi aparır:

“Biz Araik Arutyunyanla daim təmasdayıq, vəziyyəti çox müzakirə etdik və bu hərəkət metodunun düzgün olduğu qənaətinə gəldik”.

“Azərbaycan Ermənistanla Qarabağ məsələsini müzakirə etmək istəmirsə, Qarabağla müzakirələr aparmaq təklif olunur. Və belə görünür ki, bu yanaşma Qarabağ üçün başa düşüləndir”, – Paşinyan əlavə edib.

Gununsesi.info