“Sülh razılaşması yaxınlaşdıqca, həqiqi düşmənlərin də siması aydın görünür” -Zahid Oruc

Azərbaycan xalqına qarşı ermənilərin son 34 ildə törətdiyi müharibə cinayətlərinin külliyatını qısa videoçarxlara yerləşdirmək mümkün deyil. Gördüyünüz kadrlar onların kiçik bir hissəsidir. Hazırkı tədbirdə məqsəd təcavüzkarlıq təqvimini mexaniki sıralamaq deyil, daha çox tariximizin qanlı səhifələrini ölkəmizi xaricdə hüquqi-siyasi mühakiməyə qalxanlara, eləcə də daxildə düşmənə humanizm təşviq edənlərə göstərməkdir. Sizinlə birgə yaşadığımız son iki ili, 27 sentyabr – 10 noyabr tarixini xalqımız üçün yeni qurtuluş təqvimi kimi qeyd edərkən, parlaq Qələbəmizin ildönümü əvəzinə qarşınıza təəssüf ki, işğal dövrünün səhnələri ilə çıxmışıq. Azərbaycanın bir neçə yüzillik gələcəyini müəyyən edən dönüş salnaməsini, Zəfər təqvimini sonrakı nəsillərə ötürmək, siyasi-ideoloji proqramlara köçürmək vəzifəsini bir an belə unutmadan bizi dünya gündəminə çevirənlərə cavab verməliyik.

Gununsesi.info xəbər verir ki, bunu “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” konfransında Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc deyib.

HTML tutorial

Onun sözlərinə görə, düşmənin məqsədi xalqımızın senyabr müqəddəsliyinə zərbə vurmaq, milli gündəliyi Qələbə hadisəsindən çıxarıb, qurucu enerjisini xarici meydanlara yönəltməkdir:

“Oktyabrın 2-də erməni əsgərlərinin qətli ilə bağlı tirajlanan səhnələrin ətrafındakı ajiotaj da ilk növbədə, qələbəmizə zərbə vurmağı hədəf alıb. Praqada böyük sülh müqaviləsinın imzalanmasına ümid yaradan danışıqlar, hərbi qələbəmizin siyasi-diplomatik masaya daşınmasına paralel olaraq, nifaqın qalmasına çalışan qüvvələrin də mütəşəkkliyi artıb. Sülh razılaşması yaxınlaşdıqca, həqiqi düşmənlərin də siması aydın görünür, çoxəsrlik müqanişədən qazananlar açıq səhnəyə çıxırlar.

Ermənistanın son 34 ildəki müharibə cinayətlərindən hakimiyyət təmsilçiləri burada danışacaqlar, lakin bir həqiqət danılmazdır:

“Azərbaycan dövləti 2-ci Qarabağ müharibəsini beynəlxalq hüquqa və əsas qanunlara tam uyğun apardı. Ölkə rəhbəri 8 noyabr 2021-ci ildə Zəfər günündə xalqa müraciətində dedi: “Biz beynəlxalq hüququ və müharibə qanunlarını pozmadıq. Ədalətli müharibə apardıq və düşməni döyüş meydanında məğlub etdik”. Savaşın 3-cü günü düşmən tərəfi ölkəmizi existensialist təhlükədə-ermənilərin varlığına son qoymaqda suçlandırmağa çalışdı, lakin sonra anladılar ki, gərək on minlərlə mülki insan məhv olsun ki, iddiaları özünü doğrultsun. Əvəzində 44 günlük müqəddəs müharibə əsil Nürmberq mühakiməsi oldu. Beynəlxalq ədalət məhkəməsinin və BMT-nin sifətini Azərbaycan ordusu xilas etdi.Ulu öndər Heydər Əliyev 1995-ci ildə xalqımız üçün ağır günlərdə bəyan edirdi ki, sıyqırıma görə başımızı aşağı salmayın, gələcək qələbənizə inanın”.

Zahid Oruc bildirib ki, Ermənistan xalqımıza qarşı 1949-cu ilin Cenevrə Konvensiyasında cinayət sayılan bütün əməlləri törədib:

“Lakin Göyçədən Zəngəzuradək deportasiyalara, Xocalıdan Gəncəyə, Bərdəyə vurulan raket zərbələrinə və son Edilli kütləvi məzarlığına qədər, heç birinə Haaqada hüquqi qiymət verilməyib.10 noyabrdan sonra dünya gördü ki, “qurucu millət” ələ keçirdiyi ərazilərdə son 30 ildə bir milyon ölüm minası əkib və hərbi məğlubiyyətlə də bəhrəsini görür. Minaların mülki insanların yaşadığı ərazilərdə, eləcə də yollarda, yaxud piyadalar əleyhinə basdırılmasına qarşı “Human Rigts Watç”un 2011-ci ildə təsis etdiyi üzv dövlətlərlərdən ibarət koalisiyasından hələ heç bir reaksiya verilməyib. Eləcə də Roma statutuna qoşulmamaq, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdikasiyasına daxil olmamaq dövlətləri məsuliyyətdən azad etmir. Ona görə də Miloşeviçi məhkəməyə çəkənlər Köçəryan və Sərkisyan üçün də eyni tribunalı qura bilərdilər.

Ermənistanın milli məhkəmələrində bir nəfər də olsun Xocalı qatili mühakimə olunmayıb. Buna cəhd edən hakimiyyət və hakimləri dünya erməniliyi linç edərdi. Əksinə, onların son 30 ildəki hərbi qəhrəmanlarının çoxu millətimizə qarşı cinayət törədənlərdir. Ali Baş Komandan İlham Əliyev 16 avqust 2021-ci il çıxışında erməni siyasi-hərbi rəhbərlərinə üz tutaraq “çıxarın o medalları, atın yerə, çünki siz artıq məğlub olmusunuz” demişdi. İndi o adamlar nəinki xalqımızın, elə sadə ermənilərin də nifrətini qazanıblar. Haaqa tribunalı gərək onlardan başlayardı, onda Rusiya-Ukrayna müharibəsində ədalətli münsif ola bilərdilər”.

Gununsesi.info