Sülhməramlılar Qarabağda nə qədər qalacaq? - Səfirdən açıqlama

  • By admin
  • 13 Dekabr 2021 16:12

“Rusiya sülhməramlılarının Qarabağda olması bu regionda insanların təhlükəsizlik hissi ilə yaşamasına mühüm töhfədir”.

Gununsesi.info “Armenian News”a istinadla xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin bildirib.

HTML tutorial

Səfirin sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin rolunu və əhəmiyyəti misilsizdir.

“Konkret razılaşmalar və sülhməramlı kontingentimizin konkret fəaliyyəti var. O, insanların bu bölgədə təhlükəsizlik hissi və gələcəyə baxışı ilə yaşamasını təmin etmək üçün mühüm töhfə verir. Bu, həqiqətən də belə çətin vəziyyətdə sülhün və pozitivliyin ciddi və mühüm amilidir”, – diplomat bildirib.

Tərəflərin gələcək addımları və sülhməramlıların Qarabağda qeyri-müəyyən müddətə qalması ehtimalından danışan diplomat deyib:

“Bunu həyat göstərəcək”.

Xatırladaq ki, tərəflərin əvvəlcədən razılığı ilə Rusiya sülhməramlıları 5 il müddətinə Qarabağ ərazisinə yerləşdirilib.

Gununsesi.info