Sülhməramlıları Qarabağdan çıxarmaq üçün nə etməliyik? -VİDEO

“Parlament səviyyəsində Qarabağda olduqları 2 il müddətində öhdəliklərin əməl etməyən rus sülhməramlılarının oradan çıxarılması tələbinin səslənməsi sevindirici haldır”.

Bu barədə Publika.az-a açıqlamasında siyasi şərhçi Cavanşir Abbaslı Milli Məclisin dünən keçirilən iclasında Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətinin tənqid edilməsinə münasibət bildirərkən deyib.

C.Abbaslı xatırladıb ki, təxminən 20 gün öncə Ali Baş Komandan İlham Əliyev açıq şəkildə Rusiya sülhməramlılarının Qarabağda bəlli müddətə yerləşdirildiyini bildirdi: “Bu müddətin bitiminə isə 3 il qalır. Fikrimcə, qarşıdakı 3 il ərzində illər ərzində tez-tez sülhməramlıların müddətinin nə qədər qaldığını gündəmdə saxlamalıyıq. Bu çox vacib məqamdır. Əks halda ermənilər sığındıqları Rusiya sülhməramlılarının müddətinin uzadılması üçün dəridən-qabıqdan çıxacaqlar. Onlar da yaxşı bilirlər ki, həmin qüvvələrin Qarabağdan çıxarılmaları Xankəndi də daxil bütün problemlərimizin aradan qaldırılmasına yol açacaq. Artıq Moskva tərəfindən hərəkətlənmə də müşahidə olunur. Tez-tez Ermənistan-Azərbaycan münasibətlərinin tam şəkildə düzəlməsini guya istəyirlər. Burada isə səmiyyət özünü heç bir halda göstərmir”.

HTML tutorial

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan əraziləri haqda qondarma toponimlərdən istifadə edən, “Dağlıq Qarabağ vilayəti” ifadəsindən əl çəkməyən Rusiyadan səmimiyyət gözləmək mümkün deyil.

“Biz indidən 5 ilin bitməsinə 6 ay qalana hazırlaşmalıyıq, həmin zaman çatanda öz haqlı tələbimizi, yəni rusların Qarabağdan çıxma tələbini irəli sürməliyik. Ermənilər, ruslar nə qədər çabalasalar da, burada əsas söz hüququ Azərbaycana məxsusdur”, – o qeyd edib.

 

Gununsesi.info