Sülhməramlıların enerji təminatına 1.3 milyon manat xərclənəcək

  • By admin
  • 18 Mart 2021 09:30

“Azərişıq” ASC Ağdam rayonunun Mərzili kəndi ərazisində yerləşən Beynəlxalq Sülhməramlıların Monitorinq Mərkəzinin (1), eləcə də Tərtər rayonunun Suqovuşan kəndinin (2) elektrik enerjisi ilə təchizatı üçün elan etdiyi 2 açıq tenderə yekun vurub.

Gununsesi.info vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “Everest Tikinti” MMC-dir.

Qalib şirkətə müvafiq olaraq 1,313 milyon manat və 4,568 milyon manat, ümumilikdə 5,881 milyon manat ödəniləcək.

Gununsesi.info