“Qarabağda vəziyyətin köklü şəkildə dəyişməsi ilə əlaqədar olaraq sülhməramlılarımızın orada qalma şərtləri yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində deyib.
“Qeyd etmək lazımdır ki, tərəfdaşlarla dialoqumuz konstruktiv xarakter daşıyır. Biz yaranan bütün məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”, – deyə Qaluzin vurğulayıb.
Gununsesi.info