Sülhməramlılar öhdəliyi yerinə yetirməsə… -Politoloq

  • By admin
  • 20 İyun 2022 12:31

“Üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq yeni dəhliz istifadəyə verildikdən sonra Laçın şəhəri Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Yəni, yaxın zamanlarda adıçəkilən əraziyə qayıtmağımız istisna deyil”.

Gununsesi.info bildirir ki, bunu Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq qeyd edib ki, Laçın şəhəri yaxın vaxtlarda nəzarətimizə keçəcək: “Azərbaycan vəd etdiyi vaxtdan daha tez bir zamanda Laçın dəhlizinə alternativ olan yolun tikintisini başa çatdıracaq. Bu o deməkdir ki, ordumuz yaxın vaxtlarda Laçın şəhərinə nəzarət edəcək. Oradakı bəzi revanşist qüvvələri isə rus sülhməramlıları təmizləməlidir. Çox güman ki, onlar bunu edəcək. Kəlbəcər, Ağdam və digər ərazilərin boşaldılmasında öhdəliklərini yerinə yetirdikləri kimi, Laçında da bu işli davam etdirməlidir. Sülhməramlılar revanşist arzularla yaşayan ermənilərin qarşısını almasalar, onlara olan inam itəcək. Yaxın zamanlarda Sergey Lavrovun Azərbaycana səfəri gözlənilir. Səfər zamanı bütün bu məsələlərin müzakirə olunacağı gözlənilir. Ümumiyyətlə, üçtərəfli sazişdə bütün məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması ilə bağlı bəndlər mövcuddur. Laçın şəhəri nəzəratimizə keçib, əhali oraya qayıtdıqdan sonra Xankəndi, Xocalı və digər ərazilərdə də bu proses başlayacaq.  Vətəndaşlarımızın orada firavan yaşaması üçün dövlət strukturları da həmin ərazilərdə öz fəaliyyətini bərpa edəcək”.

Gununsesi.info