Sülhməramlılar Qarabağda dronları havaya qaldırdı

  • By admin
  • 28 Sentyabr 2021 11:43

Sülhməramlılar Qarabağda “Orlan-10” pilotsuz uçuş aparatını tətbiq ediblər.

Gununsesi.info Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbçilər KamAZ-ın yük hissəsində dron buraxan qurğu yerləşdirərək uçuşlar həyata keçiriblər.

Sülhməramlıların nümayəndəsi Vitali Timofeyev “Forpost” və “Orlan-10” uçuş aparatlarının yardımı ilə real vaxtda situasiyaya nəzarət etdiklərini və dronlardan gələcəkdə də geniş istifadə edəcəklərini bildirib.

Gununsesi.info