Sülhməramlılar sərhəd təxribatının qarşısını ala bilər? – RƏY

  • By admin
  • 27 May 2021 14:51

Mayın 27-i saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Gununsesi.info xəbər verir ki, bu barədə hərbi ekspert Şair Ramaldanov təxribat haqqında Modern.az-a danışıb. O, Rusiya sülhməramlılarının sərhəd də baş verən təxribatlara müdaxilə edə bilmədiklərini söyləyib:

“Sülhməramlılar  baş verən təxribatları sadəcə məlumat formasında xəbər verirlər. Əgər təxribat Azərbaycan ərazisində baş veribsə, Azərbaycan tərəfi bu məsələni həll etməlidir. Təxribat Kəlbəcər rayonunun Ermənistanla sərhəd olan ərazisində baş verib. Azərbaycanın müvafiq güc strukturları azad edilən ərazilərimiz də bütün istiqamətləri incələyib, təhlillər aparıblar və ola bilər ki, təxribatların istiqamətləri əvvəlcədən müəyyənləşib. Təhlillər çox güclü aparılıb və bunun  nəticəsidir ki, biz erməni əsgərlərinin  terrorçuluq fəaliyyəti ilə məşğul olmasının qarşısını almışıq, onlar saxlanılıb. Bu cür təxribatlar olub və bundan sonra olmasını da istisna etmirəm. Sadəcə təxribatların formaları dəyişir. Azərbaycan silahlı qüvvələri qarşılarına qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməyə hazırdır, təxribatların qarşısı alınacaq”.

Gununsesi.info