Sülhməramlıların ailələri də Qarabağa gətirilir

  • By admin
  • 09 Dekabr 2022 09:30

Xankəndindəki separatçı-terrorçu rejim Rusiya sülhməramlılarının ailələrinin Qarabağa köçürülməsinə çalışır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr mənbələrə istinadən qeyd edir ki, separatçıların “başçısı” Araik Arutyunyan bu istiqamətdə işlər aparır.

“Araik Arutyunyan hər şeyi edir ki, 1500 sülhməramlı ailələrini Rusiyadan Qarabağa köçürsün. Bizə verilən məlumata görə, Araik bu məqsədlə Rusiyanın ən yüksək səviyyəli rəsmilərinə müraciət edib və sülhməramlıların ailə üzvlərinin köçürülməsinə təminat alıb”, – nəşr yazır.

Nəşr qeyd edir ki, sülhməramlılar bölgədə olmasa ermənilər də gedəcək, buna görə, ailələrinin gətirilməsi onları daha uzunmüddətli qalmağa sövq edə bilər.

Bu, Azərbaycanın suverenliyinə qarşı açıq oyundur. Aydın görünür ki, separatçıların sülhməramlıların ailələrinin bura gətirilməsinə nail olmaq niyyəti birdən çox hədəfə hesablanıb:

– Sülhməramlılar ailələrinin yaşadığı ərazini “qorumaqda”, yəni, separatçı-terrorçu rejimi dəstəkləməkdə daha çox maraqlı olacaq;
– Mümkün hərbi əməliyyatlar zamanı ermənilər Azərbaycanı “sülhməramlıların ailələrinə qarşı da hücumda” ittiham edəcəklər və bununla, həm sülhməmramlı kontingenti, həm də Rusiyanı öz tərəflərindən “vuruşmağa” sövq edəcəklər;
– Separatçı-terrorçu rejim sülhməramlıların ailələrinin təhlükəsizliyi üzərindən öz təhlükəsizliyini də təmin etmək istəyir;

Rusiya da bölgədə daha uzunmüddətli qalmaq baxımından sülhməramlıların ailə üzvlərinin Qarabağa köçürülməsinə razı ola bilər. Məlumat hələ tam dəqiq deyil, hərçənd, proseslər Azərbaycan əraziləri üzərində yeni oyunların qurulduğunu aşkar göstərir.

Gununsesi.info