Sülhməramlılarla bağlı SON AÇIQLAMA: 3,5 mindən çox…

  • By admin
  • 01 Aprel 2021 10:19

Xankəndidəki Rusiya Sülhməramlı Kontingentinin (RMK) Humanitar Yardım Mərkəzi Vətəndaşların Qəbulu Mərkəzi işini davam etdirir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Məlumat və Kütləvi Kommunikasiya Departamenti bildirib.

Qeyd olunub ki, rus sülhməramlılarının qaynar xəttinə 800-dən çox zəng daxil olub. Ümumilikdə, sülhməramlılara 3,5 mindən çox müraciət edilib.

İtkin düşmüş hərbçilərin axtarışı ilə məşğul olan növbətçilər problemin mahiyyətini aydınlaşdırmalı, əsgərin itkin düşdüyü iddia edilən əraziyə dair məlumatları qohumlarından tapmalı və əlaqə məlumatlarını yazmalıdırlar. İtkin düşənlərin axtarışı üzrə fəaliyyətlər sonradan hərbçilər tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə birlikdə həyata keçirilir.

Gununsesi.info