Şumaxer ailəsinə qarşı şantaj: - Cəzalandırılanlar arasında bir türk də var

  • By Admin2
  • 14 Fevral 2025 10:25

Almaniyada Formula 1 əfsanəsi Mixael Şumaxer və ailəsinə qarşı şantajla bağlı iş üzrə hökm elan edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şumaxerin fotoşəkillərini dərc etməklə hədələyərək ailəsindən 13 milyon funt sterlinq tələb edən biri türk də daxil olmaqla üç nəfər həbs edilib.

Şumaxer ailəsinin vəkili cəzaların yüngül olduğunu və qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.

Qeyd edək ki,2013-cü ildə Fransada xizək sürərkən qəza keçirdikdən sonra vegetativ vəziyyətə düşən Formula 1 əfsanəsi Mixael Şumaxerin tibbi fotolarının sızması bütün dünyada manşetlərə çevrildi.

Fotolar müqabilində Şumaxerin ailəsi milyonlarla funt-sterlinq qarşılığında şantaj edilib.

Orxan Saffari

Gununsesi.info