Şumaxer ailəsinə şantaj: - 15 milyon avro istəyirdilər

Xizək sürərkən keçirdiyi qəzadan sonra 2013-cü ildən müalicə altında olan alman Formula 1 pilotu Mixael Şumaxer Almaniya mətbuatının gündəminə düşüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 8 il ailənin mühafizəçisi işləyən Markus Fritşenin Şumaxer ailəsini şantaj etdiyi iddia edilib.

Fritşenin Şumaxerlə bağlı 1500 şəkil, 200 video və şəxsi tibbi qeydlər müqabilində ailədən 15 milyon avro tələb etdiyi deyilir.

Almaniya prokurorluğunun apardığı istintaq çərçivəsində 3 nəfər ələ keçərkən, Fritçe zaminə buraxılıb.

Alman polisi əfsanəvi pilotun mühafizəçisi işləyən Markus Fritşeyə qarşı istintaqa başlayıb.

Orxan Saffari