Şumaxer vəfat etdi – Dünya məşhurunun ölümünün arxasında nə yatır?

  • By admin
  • 23 İyun 2020 18:21
Hollivudun məşhur rejissorlarından olan Coel Şumaxer 80 yaşında Nyu-York şəhərində vəfat edib.
Gununsesi.org xəbər verir ki, öncə sosial şəbəkədə qoca sənətçinin koronavirusdan öldüyü bildirilsə də, sonra bu, təkzib edilib. Rejissorun ailə üzvləri, yaxınları və sənətçi dostları uzun müddət onun səhhətində problemlər yarandığını, lakin Şumaxerin Kovid-19 infeksiyasına yoluxmadığını əminliklə bildiriblər.
Şumaxer 1960-cı illərdən kino sənayesində fəaliyyətə başlayıb, müxtəlif işlərdə çalışıb. Məşhur Duqlaslar ailəsi ilə əlaqələri nəticəsində onu geyim üzrə rəssam kimi də işə götürüblər. Coel Şumaxerin ilk böyük ekran işi 1981-ci ildə fantastik komediya janrında lentə aldığı “Qeyri-adi qadın” filmi olub. O, istedadlı bir rejissor kimi studiyaları, kinoprodüserləri cəlb etməyə başlayıb. Ona rejissor kimi şöhrət gətirən növbəti filmi Mayk Duqlasın iştirakı ilə lentə alınan “Mənə kifayətdir” tilleri olub. Coel Şumaxer “Öldürmək vaxtı”, “Betmen və Robin”, “Həmişəki Betmen” və baxış sayına görə lider filmlərdən olan məşhur “Opera kabusu” müzikli kimi ekran əsərlərinin müəllifidir.
Hollivudun kino tarixində ən az film çəkmiş rejissorlardan sayılan Coel Şumaxerin son işi 2013-cü ildə lentə aldığı “Karton evcik” serialıdır.

Gununsesi.org