1988-ci il Sumqayıt hadisələri Azərbaycan deyil, sovet rəhbərliyi tərəfindən təşkil olunmuşdu.
Bunu “Milli Özünütəyin” Birliyinin lideri Paruyr Ayrikyan deyib.
Qeyd edək ki, P.Ayrikyan 2013-cü ildə prezident seçkilərində namizədliyini irəli sürümüş P.Ayrikyana qarşı sui-qəsd təşkil olunmuş və o, bu hadisədə keçmiş sovet Dövlət Təhlükəsizlik Komitəsini (DTK) ittiham etmişdi:
“Bunlar Sumqayıtda da qırğını təşki etmiş eyni qüvvələrdir. Onlar Sumqayıt qırğınını təşkil edib bunda Azərbaycan xalqını ittiham etdi. Əlbəttə, onlar deyə bilməzdi ki, bu hadisələri DTK təşkil edib. Onlar ən azı hansısa kriminal elementləri ititham edə bilər, amma əksinə, qırğını Azərbaycan xalqının, hətta Azərbaycan dövlətinin əməli kimi qələmə verdilər. 1988-ci ildə isə Azərbaycan müstəqil dövlət deyildi. DTK-nin tam nəzarəti altında sovet sistemi mövcud idi. Bu hadisələrin SSRİ rəhbərliyi tərəfindən törədildiyinin sübutu kimi göstərmək olar ki, bundan sonra erməni xalqının nümayəndələri Ermənistana köçürüldü. Oxşar hadisələr Ermənistanda da planlaşdırılırdı”.
Gununsesi.info