“Sumqayıt” “Səbail”i udub lider oldu

  • By admin
  • 19 Sentyabr 2020 22:27

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Gununsesi.info-nun məlumatına görə, “Kapital Bank Arena”da “Sumqayıt” Səbail”i qəbul edib.

Baş hakim Orxan Məmmədovun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Hesabı 9-cu dəqiqədə “Sumqayıt”ın gənc cinah oyunçusu Süleyman Əhmədov açıb. 21-ci dəqiqədə Rauf Əliyev “Səbail”in bərabərlik qolunu vurub. 32-ci dəqiqədə isə Əli Qurbani oyunda son nöqtəni qoyub.

Bu qələbə sayəsində xalını 6-ya çatdıran “Sumqayıt” liderliyə yüksəlib. İlk 3 oyununun hamısından məğlub ayrılan “Səbail” isə sonuncu pillədə qalıb.

Qeyd edək ki, turun açılış oyununda “Qəbələ” “Keşlə” ilə heç-heçə edib – 0:0. Tura sentyabrın 20-də “Zirə” – “Sabah” və “Qarabağ” – Neftçi” oyunları ilə yekun vurulacaq.

Gununsesi.info