“Sumqayıt” “Sabah”a qalib gəldi

  • By ilhame
  • 25 Oktyabr 2023 22:08

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci turdan təxirə salınmış 1 oyun keçirilib.

Gununsesi.info xəbər verir ki, “Sumqayıt” öz meydanında “Sabah”ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, komandalar arasında ötən həftə 10-cu turda keçirilən oyunda “Sabah” 3:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, avqustun 13-də keçirilməli olan “Sumqayıt” – “Sabah” matçı “Sabah”ın istəyi ilə təxirə salınmışdı. Paytaxt klubu  Avropa Konfrans Liqasında “Partizan”la (Serbiya) cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə PFL-ə müraciət etmiş və müsbət cavab almışdı.

25 oktyabr (çərşənbə)

18:30. “Sumqayıt” – “Sabah” – 1:0

Qol: Kamran Aliev, 4
Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
“Kapital Bank Arena”

Gununsesi.info