Sumqayıt sakini su əvəzinə kimyəvi maddə içərək öldü

  • By admin
  • 30 Oktyabr 2019 10:49
Sumqayıtda 79 yaşlı kişi səhvən kimyəvi maddə içərək ölüb. Hadisə şəhərin 4-cü mikrorayonunda baş verib.
Gununsesi.org xəbər verir ki, Sumqayıt şəhər sakini, 1940-cı il təvəllüdlü Rəcəbov Sovet Müstəcəb oğlu öz evində səhvən su əvəzinə kimyəvi maddə içib. Yaşlı kişini dərhal xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org