Sumqayıt Texnologiyalar Parkından ordumuza DƏSTƏK - 100 min manat köçürüldü

  • By admin
  • 05 Oktyabr 2020 19:38

Sumqayıt Texnologiyalar Parkı Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb.

Bu barədə müəssisədən Gununsesi.info-ya daxil olan məlumatda  bildirilir:

” Ordumuzun bütün əsgər və zabitlərinə Qarabağın azadlığı uğrunda aparılan şərəfli və ədalətli mübarizədə uğurlar diləyir, onların hamısının tezliklə sağ və salamat qayıtmalarını arzu edirik!
Biz qələbəyə inanır və bunu səbirsizliklə gözləyirik! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”

Gununsesi.info