Sumqayıt Tibb Mərkəzinin direktoru işdən çıxarıldı

Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova vəzifəsindən azad edilib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Hələlik onun yerinə təyinat yoxdur.
Xəbəri Sumqayıt Tibb Mərkəzindən təsdiqləyiblər.
Gununsesi.info