Sumqayıt voleybolçuları çempion oldu

  • By admin
  • 14 Dekabr 2016 16:28

thumbs

Noyabr ayında İsmayıllı rayonunda İdman Məktəblərinin VIII Respublika oyunlarının proqramına daxil olan 2003-2004-cü il təvəllüdlü qızlar arasında voleybol üzrə Azərbaycan birinciliyinin final mərhələsi keçirilib.

Gənclər və İdman Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, yarışda Bakı, Gəncə, Şəki və Sumqayıt şəhərlərilə yanaşı Göygöl, Qax, Biləsuvar və Kürdəmir rayonlarının komandaları da iştirak etmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə şəhərin yığma komandası bütün komandalara qalib gələrək Azərbaycan çempionu olublar.
Anar

Gununsesi.info