Sumqayıt yolunda zəncirvari qəza: - 4 avtomobil toqquşdu (FOTOLAR)

  • By admin
  • 02 Noyabr 2016 11:30

qeza1

Qaradağ rayonunda altı avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Sahil qəsəbəsinə gedən yolun 39-cu kilometrliyində qeydə alınıb. Elmir Bayramov idarəetdiyi Kamaz markalı avtomobillə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə mişar daşla yüklü Kamaz aşıb. Qəza zamanı Elmir Bayramov xəsarət almayıb. Yoldan keçən Qaz3110, Qaz-2410 və Vaz-2107 markalı avtomobillərin sürücüləri və digərləri baş verən qəzaya baxmaq üçün yol kənarında maşınlarını saxlayıblar. Və yolun hərəkət hissəsində dayanaraq deformasiyaya uğrayan Kamaza tamaşa ediblər. Bu zaman Sahil qəsəbəsi istiqamətində Kamaz markalı yük avtomobili ilə hərəkətdə olan Teymur Teymurlu qəfildən yolun üstə adamları görəndə idarəetməni itirib.

Teymur Teymurlunun idarə etdiyi Kamaz aşan zaman “QAZ 3110”, “VAZ 2107”, “QAZ 2410” markalı minik avtomobillərə çırpılıb. Həmin vaxt sürücülər avtomobildə olmadığından xəsarət alan olmayıb. Hadisə zamanı Raqif Şəfiyevə məxsus “İsuzu” markalı yük avtomobillinədə ziyan dəyib. Yararsız hala düşən avtomobillər hadisə yerindən cərimə meydançasına aparlıb. Hadisə yerinə cəlb olunan DYP əməkdaşları qəzanın səbəblərini müəyyənləşdirirlər.

qeza2 qeza3 qeza qeza4

Gununsesi.info