Sumqayıtda ər arvadını oteldə öldürdü

  • By admin
  • 17 Yanvar 2021 11:12

Sumqayıtda ər arvadını boğaraq öldürüb.

Hadisə şəhərin dənizkənarında yerləşən otellərin birində baş verib.  Belə ki, oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı 1992-ci il təvəllüdlü Orxan Həsənov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Qətli törədən 29 yaşlı O.Həsənov saxlanılıb. Zəruri istintaq tədbirləri görülür.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info