
Sumqayıtda 14 yaşlı qız itkin düşüb.
Gununsesi.info xəbər verir ki, şəhər sakini L.Ə.Sumqayıt şəhər Pİ-nin 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək, qızı, 14 yaşlı Lalənin (şərti adlı) fevralın 19-da evdən çıxıb getməsi və bir daha qayıtmaması barədə məlumat verib.
Yeniyetmənin fotosu və xarakterik əlamətləri polisə təqdim edilib.
Hadisə ilə bağlı Sumqayıt şəhər Pİ-nin 4-cü polis bölməsində araşdırma aparılır.
Gununsesi.info