Sumqayıtda 16 yaşlı yeniyetməni avtomobil vurub

  • By Günel
  • 13 Yanvar 2025 20:36

Sumqayıtda 16 yaşlı yeniyetmənin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Ş. Bədəlbəyli küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 2009-cu il təvəllüdlü M. Fatiməni avtomobil vurub.

Piyada Sumqayıt şəhər uşaq xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

Gununsesi.info