Sumqayıtda 29 yaşlı gənc qətlə yetirilib

  • By ilhame
  • 09 İyun 2024 10:03

İyunun 9-da saat 03 radələrində Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 1995-ci il təvəllüdlü Bayramov Nicat Əlövsət oğlunun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Gununsesi.info-ya DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Nüsrət Anar oğlu Həsənəlili polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

 

Araşdırma aparılır.

Gununsesi.info