Sumqayıtda 3 yaşlı körpə öldü

  • By Günel
  • 22 Mart 2025 23:34

Sumqayıtda 3 yaşlı körpə ölüb.

Gununsesi.info məlumat verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Xəzri yaşayış massivində yerləşən fərdi evdə yaşayan 2022-ci il təvəllüdlü Qadir Qələndərovun evdə halı pisləşib.

O, Sumqayıt Uşaq Xəstəxanasına gətirilərkən yolda ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info