Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi

  • Müəllif: Firuzə
  • 04 İyun 2026 09:40

Sumqayıtda qətl törədilib.

Gununsesi.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, Kimyaçılar qəsəbə sakini 32 yaşlı Urfan Baxışov yaşadığı evin qarşısında bıçaqlanaraq qətlə yetirilib.

Hadisənin onun qonşusu tərəfindən törədildiyi bildirilir. Şübhəli şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info