
Sumqayıtda intihar hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğunun yaydığı məlumata əsasən, Sumqayıt şəhər sakini, 1965-ci il təvəllüdlü Rauf Əlisəfa oğlu Cəfərov məktəbin həyətində özünü idman qurğusundan asıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Gununsesi.info