Sumqayıtda 62 yaşlı fəhlə iş zamanı ölüb

Sumqayıtda tikintidə işləyən 62 yaşlı fəhlə iş zamanı ölüb.

 

Gununsesi.info xəbər verir ki, hadisə “Bağça şəhər” yaşayış kompleksində aparılan tikintidə baş verib.

 

Tikintidə fəhlə işləyən 1962-ci il təvəllüdlü Şahpənçi Cavanşir Əlihüseyin oğlu iş zamanı vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info