Sumqayıtda ağır yol- nəqliyyat qəzası BAŞ VERİB

  • By admin
  • 27 İyul 2022 09:36

Sumqayıtda iyulun 26-da ağır yol- nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun xəbərinə görə, hadisə Bakı-Quba avtomagistral yolunun Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Yolu keçmək istəyən piyada 1994-ci il təvəllüdlü Rəşad İlqar oğlu Süleymanovu “Ford” markalı yük avtomobili vurub. Piyada aldığı xəsarətlərdən keçinib.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info