Sumqayıtda ana və azyaşlı qızları sosisdən zəhərlənib

  • By ilhame
  • 13 Noyabr 2023 21:08

Sumqayıtda ana və 2 qızı sosisdən zəhərlənib.

Gununsesi.info xəbər verir ki, 1984 cü il təvəllüdlü Ləbibova Vüsalə Hüseynağa qızı, övladları 2016-cı il təvəllüdlü Ləbibzadə Ayşə Zaur qızı və 2017-ci il təvəllüdlü Ləbibzadə Fəridə Zaur qızı yaşadıqları evdə yedikləri sosisdən zəhərləniblər.

Ana Təcili Tibbi Yardım Xəstəxanasına, uşaqlar isə Uşaq Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info