Sumqayıtda avtomobil qəzası – 2 ölü

  • By admin
  • 17 Dekabr 2019 10:33

Sumqayıt şəhərində “Shacman” markalı yük avtomobili yol kənarına aşıb. 

Gununsesi.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.

Onlar sürücü 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlunun və sərnişin 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.org