
Sumqayıt şəhərində avtomobillə motosiklet toqquşub.
Gununsesi.info-nun DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 18-də saat 10.00 radələrində Sumqayıt şəhər sakinləri Bəhram Ağayevin idarə etdiyi “Tofaş” markalı avtomobillə İlham Qasımovun idarə etdiyi “Yamaha” markalı motosiklet toqquşub. Xəstəxanaya yerləşdirilmiş İ. Qasımov orada ölüb.
Sumqayıt ŞPŞ tərəfindən araşdırma aparılır.
Gununsesi.info