Sumqayıtda baş energetik faciəvi şəkildə öldü

Sumqayıtda şirkətlərin birinin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, “Azərit” ASC-nin baş energetiki Elxan Misirxanov iş yerində cərəyan vurması nəticəsində dünyasını dəyişib. Onun iş başında olarkən ehtiyatsızlıqdan vəfat etməsi məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə martın 6-sı 16 radələrində baş verib: “Elxan Misirxanovun ASC-yə məxsus zavodun elektrik blokunda sayğacı dəyişən zaman elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir”.

Gununsesi.info