Sumqayıtda binada yanğın: SAKİNLƏR TƏXLİYƏ EDİLDİ

  • By admin
  • 17 Avqust 2017 16:36
59959184675b5_3F7236F9-3374-44B6-8313-AEDDA0580F28_cx0_cy22_cw0_w1023_r1_s
Sumqayıtda yaşayış binasında yanğın olub.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 72 kv.m olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd “LG” markalı televizor və mebel 3 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini (o cümlədən 4 nəfər azyaşlı) təxliyə olunub. Mənzil yanğından mühafizə edilib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info