Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

  • By Günel
  • 13 Yanvar 2025 08:15

Sumqayıtda 3 azyaşlı olmaqla bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

Gununsesi.info xəbər verir ki, hasisə 18-ci məhəllədə qeydə alınıb.

Dəm qazından zəhərlənən şəxslər 1981-ci il təvəllüdlü İlqar Adil oğlu Süleymanov, onun həyat yoldaşı 1986-cı il təvəllüdlü Könül Zakir qızı Süleymanova, övladları 2006-cı il təvəllüdlü Yetər İlqar qızı Süleymanova, 2007-ci il təvəllüdlü Türanə İlqar qızı Süleymanova və 2008-ci il təvəllüdlü Ülvi İlqar oğlu Süleymanovdur.

Zəhərlənənlər dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info