Sumqayıtda bir nəfər dənizdə batıb

  • By ilhame
  • 15 İyul 2024 19:00

Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) bir nəfər batıb.

 

Gununsesi.info bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Gununsesi.info