Sumqayıtda evə silahlı basqın zamanı yaralananların son durumu açıqlanıb

Sumqayıtda evə silahlı basqın zamanı yaralananların son durumu açıqlanıb.

Sumqayıt Tibb Mərkəzindən Gununsesi.info-nun yerli bürosuna verilən məlumata görə, Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alan 1990-cı il təvəllüdlü Etibar Sarıyev ambulator müalicə üçün evə buraxılıb.

Qeyd olunub ki, cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyevin vəziyyəti kafi, Travmatologiya şöbəsində müalicə alan 1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın vəziyyəti isə stabil qiymətləndirilir.

 

Gununsesi.info