Sumqayıtda ev yandı

  • By admin
  • 26 Noyabr 2016 10:45

yanan-ev-yangin-yanqin-yangin
Sumqayıtda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Gununsesi.info-ya verilən məlumata görə, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 100 m2 sahədə yanıb. Evin qalan hissəsi və digər bitişik qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar
Gununsesi.info