Sumqayıtda evdə partlayış olub, xəsarət alanlar var

  • By ilhame
  • 29 Sentyabr 2023 22:44

Sumqayıtda evdə partlayış olub, xəsarət alanlar var.

Gununsesi.info-nun məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonu, bina 27, mənzil 54-də qeydə alınıb.

Partlayış ikiotaqlı evin 20 kvadratmetrlik zalında baş verib.

Xəsarət alanlar həmin mənzildə yaşayan Vitali Valeriyeviç və Səbinə Əliyevadır.

Partlayışın səbəbləri araşdırılır.

Gununsesi.info