Sumqayıtda gecəyarısı ağır qəza – ÖLƏN VAR

  • By admin
  • 15 Sentyabr 2021 15:03

Sentyabrın 15-də saat 1 radələrində Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, şəhərin Koroğlu küçəsində şəhər sakini M.Dadaşov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Gununsesi.info